Pensər çayı məcrasından çıxdı – evlər təhlükə qarşısındadır (Video izlə)

Son dövrlər müşahidə edilən aramsız yağışlar nəticəsində Astaranın Şiyəkəran kəndindən keçən pensər çayında da suyun səviyyəsi artıb.

Çayın məcrası bir qədər genişlənib. Çay torpaq qatını kənarlara doğru 20-25 metrə qədər yuyub. Hər an sürüşmə baş verə bilər. Yaxınlıqdakı evlər təhlükə ilə üz-üzədir. Astaranın  Şiyəkəran kəndində Pensər çayının sahilində yaşayan insanlar son günlər bölgəyə yağan yağışlardan sonra təhlükə ilə üzləşiblər. Aramsız yağıntılardan sonra kənd ərazsindən keçən çayda suyun səviyyəsi kəskin qalxaraq torpaq qatını sahilə doğru 20-25 metrədək yuyub aparıb. Yaxınlıqdakı evlər üçün təhlükə yaranıb.  Məsələ ilə bağlı Astara suvarma sistemləri idarəsindən problemin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi ilə maraqlandıq. Qurumun mühəndis Fərid Yusifov əlavə edib ki, vəsait ayrılacağı təqdirdə həmin ərazidə sahil-mühafizə bəndinin tikintisi həyata keçiriləcək.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir