Pekin Avropanı islamofobiya yaydığı üçün qınadı

İsveç və Danimarkada Qurani Kərimə olan hörmətsizliklə əlaqədar Çinin BMT-dəki nümayəndəsi müsəlmanların müqəddəslərinə ehtiramsızlığı pisləyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Çin nümayəndəsi Cenevrədə deyib: Rəsmi Pekin Quran yandırma hadisəsinin bir daha baş verməsini pisləyir və bu xüsusda BMT insan hüquqları şurasının müdafiə layihəsini dəstəkləyir.

Ötən Qurban bayramı günlərində İsveçdə Quran yandırıldıqdan sonra Danimarkanın paytaxtı Kopenhagendə də oxşar hadisə baş verdikdən sonra beynəlxalq ictimaiyyət bu məsələyə tənqidlə yanaşır.

Əlbəttə İsveçdə islam müqəddəslərinə ehtiramsızlığın ardınca BMT insan haqları şurası 12 iyul tarixində “dini nifrətin oyadılması” xüsusunda qətnamə qəbul edərək əlaqədar məmurlardan hesabat hazırlanmasını tələb edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib