Pekin: Amerika dünyanın ən böyük casusudur

Çinin xarici işlər nazirliyi rəsmi Vaşinqtonun casus şarı zəminindəki ittihamlara cavab olaraq deyib: ABŞ-ın özü dünyanın ən böyük casusudur.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Çin XİN sözçüsü Vang Venbin bu gün (13 fevral) casus şarların ABŞ səmasında görünməsinə dair Vaşinqtonun son mövqelərini tənqid edərək vurğulayıb: ABŞ milli təhlükəsizlik agentliyi Almaniya, Fransa, Norveç, İsveç, Hollandiya və digər ölkə rəhbərlərinin telefon danışıqları və mesajlarını kontrol edir.

Qeyd edək ki, bir həftə əvvəl ABŞ səmasında uçan Çin şarı prezident Co Baydenin fərmanı ilə vurulub. Çin tərəfi bir neçə gün idi ki, hava şarının casus şarı deyil, sadəcə “hava şarı” olduğunu iddia etsə də, şar vurulub.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)