Paytaxtda yarım milyon manatlıq avtomobil qəza törətdi – FOTO/VİDEO

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

“Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb.

Zərbənin təsirindən “Maybach” deformasiyaya uğrayıb, “Leap Motors”da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər.

“Maybach” markalı maşının sürücüsü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mercedes Maybach” markalı avtomobilin bazar qiyməti minimum yarım milyon manatdır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir