Paşinyan və Əliyev Moldaviyada razılığa gələcək?!

Ermənistan media vasitələri Azərbaycan Respublikası prezidenti ilə Ermənistan baş nazirilinin Moldaviya paytaxtında razılığa gəlib-gəlməyəcəyi barədə məlumatlar dərc edirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, medialar İlham Əliyev və Paşinyanın iki qonşu ölkə arasında gərginliyi sakitləşdirmək üçün Moldaviyada bir araya gəlməsini analiz ediblər.

İnterfaksın məlumatına görə Nikol Paşinyan dünən Kişinyovda bir siyasi konfransda iştirak etmək üçün Moldaviyaya gəlib və bu gün ( 1 iyun) İlham Əliyevlə görüşəcək.

Əlbəttə bu görüş Fransa prezidenti, Almaniya kansleri, AŞPA sədri ilə 5-lik görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin də iştirakı ilə baş tutacaq.

Deyilənlərə görə V.Putin mayın 29-da üçtərəfli görüşdə Paşinyana Azərbaycanla razılaşmanın imzalanma ehtimalının az olduğunu da deyibmiş.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya