Paşinyan: Biz Bakı ilə sülh sazişi imzalamağa hazırıq

QafqazTimes xəbər verir ki, bazar ertəsi Ermənistanın baş naziri İrəvanın Azərbaycan Respublikası ilə danışıqları davam etdirməyə və bu ölkə ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Trend xəbər agentliyinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.”İrəvan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalı, lakin bu sənəd danışıqlar prosesində hazırlanmalıdır.”

Paşinyan sözünü belə izah edib: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, bu imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, danışıqların nəticəsində olmalıdır. Ermənistan bu danışıqlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya