Parisdə on minlərlə insan Makronun istefasını tələb edib (Video izlə)

Fransanın paytaxtında pensiya islahatına qarşı dördüncü ümummilli nümayiş keçirilir. Aksiyaya onminlərlə insan toplaşıb.

Respublika meydanından yürüşə başlayan nümayişçilər axşam saatlarında Millət Meydanına çatıblar. Yol boyu baş verən iştişaşlarda polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Aksiyanı Fransa həmkarlar ittifaqları təşkil edib. Tədbir iştirakçıları prezident Emmanuel Makronu istefaya çağıran bannerlər daşıyıblar. Onlar pensiya yaşının artırılmasının ləğvini tələb edən şüarlar səsləndiriblər.

Nümayişlər ölkənin hər yerində, o cümlədən Marsel, Lion, Bordo, Nantda keçirilib. Bütövlükdə şənbə aksiyalarında bir milyona yaxın insan iştirak edib.

Qeyd edək ki, yanvarın 10-da Fransa hakimiyyəti pensiya islahatı layihəsini təqdim edib. Sənəsə əsasən pensiya yaşının tədricən artırılması nəzərdə tutulur. 2030-cu ilə qədər onun 64 yaşa çatacağı gözlənilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi