Oyunçunun əxlaqsız hərəkəti səbəbindən Türkiyə Super Liqasında oyun dayandırıldı – FOTO

“Qalatasaray”ın basketbolçusu Buğrahan Tuncerin matç zamanı etdiyi hərəkətlər gündəm olub.

Sözügedən hadisə Türkiyə Basketbol Super Liqası çərçivəsində İzmirdə keçirilən oyun zamanı baş verib.

Oyunda “Qalatasaray” və “Karşıyaka” üz-üzə gəliblər. “Karşıyaka” sarı-qırmızılı komandadan doqquz xal öndə olub.

Beş qayda pozuntusu ilə oyundan kənarda qalan Tuncer əvvəlcə orta barmağını göstərib, daha sonra seksual xarakterli hərəkətlər edib. Onun bu hərəkətlərindən sonra tribunalardan reaksiyalar gəlib və matç dayandırılıb.

Qeyd edək ki, qarşılaşmada 97-82 hesabı ilə qalib gələn “Karşıyaka” yarımfinala yüksəlib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi