Oyun zamanı 157 km/saat sürətlə atılan top rəqibin qolunu sındırdı

“Los-Anceles Dodcers” beysbol komandasının oyunçusu Muki Bettsin Yüksək Baketbol Liqasında (MLB) “Kanzas Siti” ilə oyun zamanı qolu sınıb.

O, “Kanzas”ın oyunçusu Den Altavillanın ötürməsini dəf etməyə hazırlaşarkən təxminən 157 km/saat sürətlə hərəkət edən top Bettsin sol biləyinə dəyib və o dərhal yıxılıb.

Oyundan sonra “Dodcers”in baş məşqçisi Deyv Roberts Bettsin əlində sınıq olduğunu, lakin əməliyyata ehtiyac olmadığını söyləyib.

Klub ümid edir ki, oyunçu bu mövsüm meydana qayıdacaq.

Qeyd edək ki, MLB-nin müntəzəm mövsümü martın 20-də başlayıb və sentyabrın 29-da başa çatacaq. 31 yaşlı Betts “Dodcers”in aparıcı oyunçularından biridir, o, ikiqat MLB çempionu olub və bir çox şəxsi liqa mükafatları var.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi