Öskürərək bədənindəki ən sərt sümüyü sındırdı – FOTO

Çində 35 yaşlı kişi öskürərək bədənindəki ən sərt sümüyü sındırıb.

O, öskürəkdən sonra budunda güclü kəskin ağrı hiss etsə də, əhəmiyyət verməyib. Lakin vəziyyəti pisləşincə xəstəxanaya gedib rentgen etdirmək qərarına gəlib. Rentgen görüntüsündə onun bədəninin ən sərt sümüyü sayılan bud sümüyünün sındığı bəlli olub. Bu, həkimləri təəccübləndirib. Adətən belə bir zədə öskürəkdən deyil, böyük hündürlükdən yıxıldıqda və ya qəza zamanı baş verir.

Bundan sonra həkimlər xəstəni tam müayinə etmək qərarına gəliblər, ondan ümumi səhhəti, qidalanma vərdişləri, həyat tərzi barədə soruşublar, həmçinin sümük sıxlığı testi keçiriblər.

Nəticə göstərib ki, çinlinin sümük sıxlığı sanki 80 yaşlı bir insandakı kimidir. Mütəxəssislərin fikrincə, bu, xəstənin pis qidalanması və oturaq həyat tərzi sürməsi ilə bağlıdır.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)