“Orxan” bu gün Moskvanı su altında qoya bilər – VİDEO

A motorist removes belongings from his vehicle after becoming stuck in a flooded street, Sunday, Aug. 20, 2023, in Palm Desert, Calif. Forecasters said Tropical Storm Hilary was the first tropical storm to hit Southern California in 84 years, bringing the potential for flash floods, mudslides, isolated tornadoes, high winds and power outages. (AP Photo/Mark J. Terrill)

Moskvaya doğru güclü “Orxan” qasırğası hərəkət edir, Rusiya paytaxtının küçələri “su altında qala” bilər.

Bu barədə yerli meteorologiya idarəsindən məlumat verilib.

Bildirilir ki, bununla əlaqədar şəhərdə artıq parklar və zoopark bağlanıb.

Hazırda “Orxan” Moskva vilayətində tüğyan edir, xüsusilə Zveniqorod və Krasnoznamenskdə güclü külək əsir və leysanla müşayiət olunan tufan müşahidə edilir.

Sosial şəbəkələrdə təbii fəlakətin ilkin təsirlərinin görüntüləri yayılıb.

Məlumata görə, qasırğa yerli vaxtla saat 17-18 radələrində pik nöqtəsinə çatacaq və gecə saat 2-3-ə qədər davam edəcək.

Yerli administrasiya Moskva sakinlərini ehtiyat tədbirlərinə riayət etməyə çağırıb, evdə qalmağı və küçəyə çıxmamağı məsləhət görüb. Bundan başqa avtomobilləri ağaclardan uzaqda saxlamaq və uşaqları küçəyə tək buraxmamaq tövsiyə olunub.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)