Ordumuzun hərbçisi faciəli şəkildə həlak olub – FOTO/VİDEO

Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.

Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.

S.Hüseynovun üç azyaşlı övladı qalıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, hadisə fevralın 8-i saat 17 radələrində baş verib: 

“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir