“Opera” bütün platformalarda istifadəçinin məxfiliyini qoruyacaq addım atdı (Video izlə)

“Opera” şirkəti məhsullarını təkmilləşdirməyə davam edir. İndi də iOS üçün Opera brauzerinə pulsuz VPN əlavə edib.

Artıq istifadəçilər internetdən istifadə edərkən şəxsi məlumatlarının təhlükəsizliyini və anonimliyini təmin edə bilərlər.

Beləliklə, “Opera” “Mac”, “Windows”, “Linux”, “Android”, indi də “iOS” kimi bütün əsas platformalarda pulsuz VPN təklif edən ilk böyük brauzer adını qazanıb.

VPN əsas menyu vasitəsilə aktivləşdirilir. Bunun üçün abunə, avtorizasiya və ya əlavə genişləndirmələrin quraşdırılması tələb edilmir.

Tərtibatçıların fikrincə, bu, istifadəçilərin təhlükəsizliyinin və onların məxfiliyinin təmin edilməsində mühüm addımdır.

Pulsuz VPN-nin yaxın həftələrdə tam istifadəyə veriləcəyi gözlənilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi