Onu hamı tanıyır, amma ilk dəfədir belə görürük – FOTO

Litvalı fotoqraf Eugeniyus Kavalyauskasın müsabiqə üçün çəkdiyi foto görənləri heyrətə gətirir. Qarışqa o qədər qorxunc görünüşə malikdir ki, bir çoxları ondan dəhşət filmləri üçün obrazlarda istifadə oluna biləcəyini deyib.

“Nikon Small World Photomicrography Competition” müsabiqəsinə təqdim edilən görüntülər tənqidçilər və münsiflər heyəti tərəfindən də yüksək qiymətləndirilib.

“Məni Yaradanın şah əsərləri və Allahın planlarını görmək fürsəti heyran edir”, – deyə o, öz işini şərh edib.

Bir çox insan qarışqanın olduqca qorxulu göründüyünü düşünsə də, Kavalyauskas təbiətdə heç bir qorxunc varlığın olmadığını israr edir.

“Mikrofotoqrafiyaya ilk başlayanda mən də bütün böcəklərin bir az qorxunc olduğunu düşünürdüm”, – deyə Eugeniyus bildirib.

Qeyd edək ki, müsabiqə üçün çəkilən başqa fotolar da tədbir iştirakçıları arasında böyük maraq doğurub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi