Onlayn satılan dünyanın ən bahalı avtomobili məlum oldu – FOTO

“Lamborghini Veneno Roadster” onlayn satılan dünyanın ən bahalı avtomobili olub.

Belə ki, superkar onlayn hərracda 6 milyon dollara satılıb.

Avtomobil əvvəlcə Dubaydakı diler tərəfindən satışa çıxarılsa da, iki il ərzində rodster üçün 9,5 milyon dollar ödəmək istəyən müştərilər tapılmayıb.

Məlumata görə, bu avtomobilin əvvəlki sahiblərindən biri Səudiyyə Ərəbistanının kral sülaləsinin üzvü olub.

Qeyd edək ki, “Lamborghini” cəmi doqquz ədəd “Veneno Rodster” istehsal edib. 2015-ci ildə buraxılan avtomobil 1778 km məsafə qət edib. O, 750 at gücü hasil edən 6,5 litrlik V12 mühərriki ilə təchiz olunub ki, bu da ona sıfırdan 100 km/saata 2,9 saniyəyə sürətlənməyə imkan verir.

Related posts

Boliviyadakı “intihar evləri”… – FOTO

Beyin hansı yaşdan sonra qocalmağa başlayır? – Rusiyalı mütəxəssisdən açıqlama

Təyyarə qəzalarının açarı – “Qara qutu” NƏDİR…