Ölümlə oyun oynadı, son anda xilas oldu (Video izlə)

Sosial şəbəkələrdə ayını yedizdirmək istəyərkən özü yemə çevrilmək üzrə olan sürücü barədə kadrlar yayılıb.

Görüntülər Kamçatkadandır.

Videoda rusiyalı kişinin avtomobilindən düşərək vəhşi heyvana yaxınlaşdığı və nəsə uzatdığı görünür. Bu zaman ayı ona cumur. Kişi qaçaraq avtomobilin üstünə çıxır, bununla da canını qurtara bilir.

Görüntülər böyük müzakirələrə səbəb olub. Bir çoxları kişinin “ölümlə çilingağac oynadığını” deyiblər. Onların sözlərinə görə, kişinin bəxti gətirib ki, ayı ona cummaq həvəsində olmayıb. Çünki bu zaman avtomobil də ona kömək etməzdi. 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi