Ölü balina insanların gözü qarşısında partladı – FOTO/VIDEO

Balıqçılar ABŞ-ın Kaliforniya sahillərində olduqca qorxulu mənzərə ilə üzləşiblər – orada ölü qozbel balina cəsədi partlayıb.

Bu barədə yerli sakinlər sosial şəbəkələrdə video paylaşıblar.

Ölü məməlinin cəsədi onun yanından keçən qayıqda olan balıqçıların kameralarına düşüb. İnsanlar nəhəng cəsədi lentə alarkən inanılmaz hadisə baş verib – balinanın cəsədi partlayıb, ətrafındakı su qırmızıya boyanıb və heyvanın içalatı suya dağılıb.

İxtioloqların dediyinə görə, partlayış ölü balinanın cəsədini içəridən parçalamağa başlayan bakteriyaların həyati fəaliyyətinin məhsulu olan və cəsədin içərisində toplanan qazlar nəticəsində baş verib.

Bu hadisə, göründüyü kimi, keçmişdə balina ovçularına yaxşı məlum olub. Onlar bilirdilər ki, yığılmış qazların sərbəst şəkildə çıxması üçün balinanın sərt dərisini bir neçə yerdən deşməklə belə bir “partlayış”ın qarşısını almaq olar.

Sosial şəbəkələrdə yayılan balina cəsədinin videosundan görünür ki, qazlar çıxandan sonra heyvanın cəsədi yavaş-yavaş suyun altında batmağa başlayır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi