Olmert: Biz Qəzzəni tamamilə tərk etməliyik!

Olmert: Biz Qəzzəni tamamilə tərk etməliyik!

Sionist rejimin keçmiş baş naziri Qəzzə müharibəsinin dayandırılması və İsrail hərbçilərinin tamamilə bu zolağı tərk etmələrinin vacibliyini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, İhud Olmert dünən gecə (31 iyul) SkyNews-a verdiyi müsahibədə  deyib: Baş nazir Netanyahu İsrailin güclü olduğu və Həması məğlub edəcəyi barədə xülyalara qapılıb. Halbuki bu xülyalar heç vaxt çin çıxmayacaq.

Olmert əlavə edib: Mən Qəzzədə müharibənin dayandırılmasının zərurətini dəfələrlə vurğulamışam. Əlbəttə mənim üçün bu müharibə bitmiş sayılır.

İhud Olmertin bu müsahibəsindən bir neçə saat öncə sabiq müharibə naziri və Netanyahunun tərəfdarı Avidqor Liberman Həmas lideri İsmail Həniyyənin terroru barədə açıqlama verərkən demişdi ki, bu hərəkat liderlərinin aradan qaldırılması Həması zəiflətməyib, əksinə onlar daha da gücləniblər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir