Ölənlərin meyitləri səhv düşdü: İşçi “göz yaşları içində” etiketləri qarışdırıb

İrkutsk vilayətinin Şelexov şəhərində meyitxananın əməkdaşları ölənlərin cəsədlərini qarışdıraraq dəfn mərasiminə başqa qadının meyitini gətiriblər. Səhvlərinə görə dəfn xidməti agentliyinin işçiləri ailəyə 20 min rubl məbləğində təzminat təklif ediblər.

Mərhumun qızı bildirib ki, meyitxanada ona ölüm səbəbi səhv göstərilən sənədlər verilib. O, anasının infarktdan öldüyünü izah edib, sənədlərdə isə ölümün səbəbi kimi dördüncü mərhələdə uşaqlıq xərçəngi göstərilib.

Buna baxmayaraq, dəfn mərasimi həmin gün baş tutub. Morqda bütün günah ölüləri qəbul edən tibb işçisinin üzərinə atılıb. Qadının sözlərinə görə, bu işçi “göz yaşları içində” etiketləri qarışdırdığına görə ailədən üzr istəyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi