Oğurladığı avtomobillə metroya girdi (Video izlə)

İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə “Plaza Eliptica” metrostansiyasına daxil olub. Avtomobillə stansiyanın pilləkənlərini qalxmağa çalışan şəxs orada ilişib qalıb.

Avtomobilin çıxarılması üçün saatlarla iş aparılıb. Nəticədə içəridə qalan şəxs xilas edilib və xəstəxanaya aparılıb.

Hadisə zamanı ölən və yaralananlar olmayıb.

Testlər nəticəsində oğrunun narkotikdən istifadə etdiyi müəyyən edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İspaniya mətbuatında çıxan xəbərlərdə bildirilib ki, həmin şəxs avtomobili başqa bir metrostansiyanın dayanacağında tapıb və açarları üzərində olduğu üçün oğurlayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi