Oğru meymunlara qarşı xüsusi polis bölməsi yaradıldı: “Həbslər” başlandı – FOTO/VİDEO

Tailanda meymun dəstələri arasında başlayan “vətəndaş müharibəsi” ilə bağlı tədbirlər gücləndirilib. 

Lopburi şəhərinə hücum edən təxminən 3,5 min meymun insanların yeməklərini oğurlayır, onların üstünə atılır, dava salır. Onlar rayonu öz aralarında bölüblər.

Hazırda hakimiyyət orqanları məsələ ilə bağlı ciddi tədbirlərə başlayıb və meymunlarla mübarizə üçün xüsusi polis bölməsi yaradılıb. Polislər silah kimi sapandlardan istifadə edir və heyvanların ən çox toplaşdığı yerlərdə qəfəslər yerləşdiriblər.

Keçirilən əməliyyatlar zamanı zabitlər 23 meymunu ələ keçirə biliblər. Onların arasında şəhər sakinləri tərəfindən “Saqqal” ləqəbi qoyulan alfa-erkək də olub. Bəzi digər meymunlar “qardaşları”nı xilas etməyə çalışsalar da, cəhdləri uğursuzluğa düçar olub.

Tutulan meymunlar Milli Parklar Departamentinə təhvil verilib, departament isə onları Vəhşi Təbiəti Xilasetmə Mərkəzinə verəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi