O, Amerikanı batırmaq üçün göndərilib!

Qafqaztimes.com Aif.ru-ya istinadən xəbər verir: Amerikada demokratlar və respublikaçılar, əslində iki mafioz qruplaşma arasında hakimiyyət çəkişməsi davam edir. Sabiq prezident Trampın hakimiyyətdən gedəndən sonra Ağ Evə hücumu göstərdi ki, bu ölkədə demokratiya dünyanı aldatmaq üçün silahdan başqa şey deyil və hər şey güc üzərində qurulub.

Bəli, hazırki prezident Co Bayden bir ölkəyə yox, bir kəndə başçılıq üçün yararı sağlamlıq durumunda deyil. Amma sübuta yetib ki, bu ölkəni prezident yox, elə demokrat və respublikaçılardan təşkil olunmuş dərin dövlət idarə edir.

Bayden ən çox Əfqanıstanı tərk etdiyi üçün qınanır. Hansı ki, Amerikanın Əfqanıstanı tərk etməsi Baydendən qabaq qərara alınmışdı. Bu da bir oyundur. Respublikaçı Rik Skott Baydenin prezidentliyini ölkə üçün “katastrof” – fəlakət adlandırıb. Skot bunu ölkədə bahalaşma ilə əlaqələndirir. O bildirir ki, amerikalılar dözülməz sosial durumdadır və Bayden radikal-sosialist kursu dəyişməsə, Amerika iqtisadi uçuruma yuvarlanacaq.   

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı