ABŞ-ın Nyu-York şəhərində metroda qatarların toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.
Bu barədə şəhər yanğınsöndürmə xidmətinin sözçüsü Yen Svords məlumat verib.
“Hadisə zamanı 24 nəfər yaralanıb. Amma ciddi xəsarət alan yoxdur”, – deyə Svords bildirib.
Xidməti və sərnişin qatarlarının toqquşması nəticəsində sərnişin qatarının birinci vaqonu relsdən çıxıb.