Nyu-Yorkda yerləşən bir şirkət rəhbəri İrana qarşı sanksiyaları pozmaq bəhanəsilə həbs edildi

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi, Nyu-Yorkda yerləşən bir şirkət rəhbərinin İrana qarşı sanksiyaları pozmağa çalışdığı üçün həbs olunduğunu açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyi “Maykl Rose” adlı bir şəxsin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozaraq bir İran idxalçısı ilə 350.000 dollardan çox ticarət mübadiləsi etdiyini iddia edib.

Bu iddiaya görə, bu şirkət rəhbərinin hərəkəti, Fövqəladə İqtisadi Səlahiyyətlər haqqında beynəlxalq qanunun pozulması və çirkli pulların yuyulmasında iştirak etmək kimi qiymətləndirilir.

Ədliyyə Nazirliyinin bu açıqlamasında Maykl Rose-un şirkətinin adı qeyd edilməmiş və “Company-1” şərti adından istifadə edilmişdir.

Qeyd edək ki, İranda İslam İnqilabının qələbəsindən sonra, ABŞ-ın müxtəlif hökumətləri, İslam Respublikasına qarşı düşmənçilik siyasətinə uyğun olaraq, bu ölkəyə müxtəlif bəhanələrlə sanksiyalar tətbiq edərək iqtisadi müharibəyə başlamışlar. Vaşinqton, Amerika şirkətlərini və üçüncü dünya ölkələrində yerləşən bütün şirkətləri bu sanksiyalara riayət etməyə məcbur edir.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək