Nyu-Yorkda qeyri-adi yeni turizm növü: Siçan turları təşkil olunur – FOTO

Nyu-Yorkda yaşayan siçovulların sayı 10 milyonu keçib.

Şəhərdə təhlükəli gəmiricilərin sayı sakinlərin özlərindən çoxdur.

Rəsmilər gəmiricilərin məhv edilməsi ilə bağlı addımlar atdığı bir zamanda Nyu-Yorkda siçovul turları – quyruqlu gəmiricilərin ən çox olduğu yerlərə ekskursiyaların təklif edilməsinə başlanılıb.

Hər şey bloqer Kenni Bollverkin qəribə hobbisi ilə başlayıb. Belə ki, o, siçovulların “işğal etdiyi” Nyu-Yorkun müxtəlif yerlərində çəkilmiş videoları “TikTok” sosial şəbəkəsində yerləşdirməyə başlayıb. Onun bəzi yayımlarına 10 minə qədər insan qoşulub və çoxları daha sonra Kennidən onları da özü ilə aparmasını xahiş etməyə başlayıb ki, bunlar da əsasən turistlər olublar.

İndi isə Bollverk həftədə bir neçə dəfə onları gecə-gündüz siçovulların göz önündə olduğu Nyu-York məhəllələrində gəzdirir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi