İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian bu gün (28 fevral) Cenevrədə BMT-nin tərkisilah konfransında nüvə anlaşmasının indiki durumunun Amerika xarici siyasətin yanlış hesablamalarının nəticəsi kimi dəyərləndirərək deyib: İranla nüvə anlaşmasında yerdə qalan az sayda məsələni asanlıqla həll etmək mümkündür.
Əmir-Abdullahiyan qeyd edib: Tərəflərin iradə və xoş niyyətli olması şərtilə, heç bir önşərt qoyulmadan, müzakirə çərçivəsində nüvə anlaşması asanlıqla həll oluna bilər. Yekun addımlar isə müzakirə komandasının üzvləri tərəfindən atılmalıdır.
XİN başçısı bir daha vurğulayıb: İran son nəticə əldə olunana qədər danışıqlara hazırdır. Amma Amerika da uzunmüddətli müzakirələr nəticəni qəbul etmə iradəsi nümayiş etdirməlidir.