Nuseyrat düşərgəsi qətliamında Vaşinqtonun rolu

Nuseyrat düşərgəsi qətliamında Vaşinqtonun rolu

Amerikanın Washington Post qəzeti sionist rejimin 4 israilli girovu azad etmək üçün Nuseyrat düşərgəsinə qanlı hücumunun ABŞ-ın köməyi ilə olduğundan yazıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Amerikanın Washington Post qəzeti bugünkü (14 iyun) sayında yazıb: İsrailli əsirlərin gizlədildiyi yer barədə məlumat toplamaqda ABŞ-ın böyük rolu var.

Məlumata görə 210 fələstinlinin şəhid və yüzlərlə insanın yaralanıb zərər çəkdiyi Nüseyrat qətliamı ABŞ-ın peyk, süni intellekt və innovativ proqramlar vasitəsilə əldə etdiyi məlumatları İsrailə verməsi ilə baş tutub.

Amerika rəsmilərin etiraflarına görə İsrail ABŞ-dan aldığı bu proqramlar vasitəsilə Həmasa havadan zərbələr endirir.

Amerikanın Washington Post qəzeti həmçinin vurğulayıb ki, hətta Nüseyrat hücumu və 4 girovun azad edilməsi prosesində ABŞ hərbçiləri də iştirak etməsə də, onların verdiyi vasitələrlə bu qətliam həyata keçib.

Related posts

Aleksandr Polişko: İnqilab Rəhbərinin ABŞ tələbələrinə məktubu həqiqətlərin açıq bəyanıdır

Hizbullah sionist rejim hərbi bazasını darmadağın etdi

Faleh Əl Fəyyaz: General Süleymaninin yardımlarını unutmayacağıq