“Nucəba” hərəkatı Ərəbistanda iki bəhreynli gəncin edam hökmünə reaksiya verib

QafqazTimes xəbər verir ki, İraqın “Nucəba” İslami Müqavimət Təşkilatının baş katibi Şeyx Əkrəm Əl-Kəbi ​​dünyanın Ali-Səudun iyrənc cinayətləri və qeyri-insani addımlarına göz yummasını tənqid edərək deyib: “Vəhabi-təkfirçi rejim müxtəlif bölgələrdə Əhli-beyt (ə) ardıcıllarına qarşı ən ağır zülmlərini davam etdirir.”

Şeyx Əkrəm əl-Kəbi Səudiyyə Ərəbistanında iki gənc bəhreynli şiənin edam edilməsinə reaksiya verərək, bildirib ki, Nucəba hərəkatı Səud rejiminin zülmünə məruz qalan xalqların yanında olacaq və onların səsi olacaqdır.

O, əlavə edib: “Ali-Səud rejimi Bəhreyndə və bölgədə günahsız vətəndaşların soyqırımını nə vaxta qədər davam etdirəcək? Bəs bu cinayətlərə qarşı susqunluq və etinasızlıq nə vaxta qədər davam edəcək? Ali-Səud rejimi tərəfindən iki bəhreynlinin edam edilməsi məzhəb təəssübkeşliyindən doğan bir addımdır.”

Məlumata görə Səudiyyə Ərəbistanının apelyasiya məhkəməsi iki bəhreynli gənc olan Cəfər Sultan və Sadiq Samirin edam hökmünü qüvvədə saxlayıb. Səudiyyə məhkəməsinin qərarından sonra Bəhreynin Daru Kəlib məntəqəsində nümayişlər keçirilib və etirazçılar Səudiyyə Ərəbistanı hakimiyyətinin bu sərt qərarına qarşı çıxıblar.

Daru Kəlib bölgəsindən olan bu iki gənc 2015-ci il mayın 8-də “Kral Fəhd körpüsünü partlatmağa cəhd” ittihamı ilə həbs edilib.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri