Növbəti “Prius” qəzası ölümlə nəticələndi – FOTO

Hacıqabulda baş verən qəzada sürücü ölüb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Əmiraslanov Elşən Qəmbər oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin keçmiş eksperti vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir