Norveçdə kral sarayını yandırmağa cəhd etdilər – VİDEO

Norveç polisi Osloda kral sarayının fasadına iki şüşə alışan maye atan və yanğına səbəb olan şəxsi həbs edib.

Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

“Həbs edilən şəxs 50 yaşlı xarici ölkə vətəndaşıdır. Kişi elektrikli əlil arabasında olub”, – deyə məlumatda bildirilir.

Saxlanılan şəxsə 10 il müddətinə Norveçə giriş qadağan edilib.

“Polis bu şəxsin cinayət törətdiyinə görə Niderland hakimiyyəti tərəfindən axtarışda olduğunu təsdiqləyib. Təqsirləndirilən belarusludur və o Aİ-dən, həmçinin Norveç, İslandiya, İsveçrə və Lixtenşteyndən qovulub.

Hazırda cinayətkar Norveçdə polis bölməsindədir və istintaqı gözləyir. Onun hərəkətinin motivi naməlum olaraq qalır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi