Norveç XİN-i: Fələstini rəsmi tanımamız düzgün qərar idi

Norveç XİN-i: Fələstini rəsmi tanımamız düzgün qərar idi

Norveçin xarici işlər naziri Fələstinin müstəqil bir ölkə kimi tanınma qərarının düzgün olduğunu vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Espen Barth Eide bu gün (23 may) ölkəsinin Fələstini müstəqil bir ölkə kimi rəsmi surətdə tanınma qərarını müdafiə edərək deyib: Fələstin xalqının öz ölkələri olma hüququ var və biz uzun illərdir ki, bu qənaətə gəlmişik.

Espen Barth Eide həmçinin deyib: İsrailin Qəzzə zolağında ifrat vəhşiliklərinin şahidiyik və bu hadisələr kontroldan çıxmış haldadır.

Qeyd edək ki, Norveç hökuməti beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Fələstini 1967-ci il sərhədləri daxilində tanıyacağını və qərarın mayın 28-də qüvvəyə minəcəyini bildirib.

“Norveç hökuməti Fələstinin dövlət kimi tanınması barədə qərar qəbul edib”, – Norveçin baş naziri Jonas Gahr Store xarici işlər naziri Espen Barth Eide ilə birgə mətbuat konfransında deyib.

Store, on minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativin qorunub saxlanılmasının vacib olduğunu bildirib. Və bunlar “sülh və təhlükəsizlik şəraitində yan-yana yaşayan iki dövlətdir” deyə o vurğulayıb.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır