“Noru” Filippini viran qoydu (Video izlə)

“Noru” super tayfunu Filippində güclü dağıntılar törədib.

Sinoptiklərin fikrincə, küləyin maksimal sürəti demək olar ki, 200 km/saata çatıb.

Filippinin hakimiyyət orqanları ən təhlükəli ərazilərdə sakinlərin təxliyəsi barədə əvvəlcədən məlumat verib. Lakin qasırğadan sonra ətrafdakı hər yer suyun altında qalıb.

Luson adasında baş verən tayfun azı 5 xilasedicinin həyatına son qoyub. Onlar San-Migeldə batıblar. Onların xilasedici gəmidə olduğu qeyd edilir. Bundan başqa, daha iki sərnişini itkin düşüb.

Tayfun nəticəsində 850-yə yaxın ailə və ya 3 mindən çox insan zərər çəkib. 147 ailəyə 34 təxliyə mərkəzində sığınacaq verilib.

47-yə yaxın liman fəaliyyətini dayandırıb.

“Noru” bu mövsüm Asiyada 16-cı tayfun olub. Bu ilin ən təhlükəli tayfunu hesab edilə bilər. Manilada ötən ilin dekabrında ölkənin mərkəzi və cənub bölgələrini vuran super tayfunla bağlı vəziyyətin təkrarlanacağından qorxurlar – o zaman rəsmi rəqəmlərə görə 400-ə yaxın insan həyatını itirib.

Related posts

Son üç il ərzində dünyada təyyarə qəzalarının STATİSTİKASI

5 antik sirrin hekayəsi: Bu daşlar nə işə yarayır – Alimlər də heyrət içində – FOTOLAR

Portuqaliya sahillərində inanılmaz tapıntı – Qızıl və gümüş yüklü 250 gəmi