Nitq məhdudiyyətli azyaşlıya qarşı zorakılıq – Loqoped baş verənlərə aydınlıq gətirdi + VİDEO

Bakıda loqoped uşaqla kobud davranıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:

“Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı”.

Daha sonra o, “Gördün ki, adamı necə tabe edirlər?” sözlərini işlədib. 

Loqoped Aysel Nəbiyeva açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:

“Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.

Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir