Nigeriyada qanlı Aşura / Şeyx Zəkzakinin 7 tərəfdarı şəhid edilib

QafqazTimes xəbər verir ki, Nigeriya şiələri və Şeyx İbrahim Zəkzaki tərəfdarları ötən illərdə olduğu kimi bu il də qanlı Aşuraya şahidlik ediblər. Nigeriyalı fəalların sözlərinə görə, təhlükəsizlik qüvvələri dünən (bazar ertəsi) Aşura günü əzadarlara hücum ediblər. İndiyədək 7 nəfərin şəhid olduğu bildirilir.

Şeyx Zəkzakinin ofisinin Twitter-dəki rəsmi səhifəsinin məlumatına görə, builki Aşura mərasimi Nigeriyanın 480-dən çox şəhər və məhəlləsində dinc şəkildə keçirilib.

Bu səhifənin xəbərinə görə, təəssüf ki, Nigeriya İslami Hərəkatının fəaliyyət mərkəzi hesab edilən Zariya şəhərində təhlükəsizlik qüvvələri əzadarlara hücum edərək 7 nəfəri şəhid etmiş, 40-dan çox insanı isə yaralamışlar.

Mətbuatın məlumatına görə, şəhidlər arasında Şeyx İbrahim Zəkzakinin qardaşı oğlu Möhsün Badamasi Yaqub Zəkzaki də var. Bəzi əzadarlar isə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Qeyd edək ki, indiyə qədər Şeyx İbrahim Zəkzakinin 6 övladı Nigeriya təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilib, Şeyx özü və həyat yoldaşı isə illərdir əsirlik həyatı yaşamaqdadırlar.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib