News Week: ABŞ və İngiltərənin Yəmənə hücumu təsirsizdir

Amerikanın News Week jurnalı ekspertlərə istinadən ABŞ və İngiltərənin Yəmənə hücumlarının yalnız simvolik və təsirsiz  olduğundan yazır.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, News Week jurnalı yazır: Ötən həftə ABŞ və Britaniyanın Yəmənə “cavab zərbələri”faydasızdır. Əksinə, bu hücumlar Orta Şərqdə müharibə alovlarını genişləndirəcək.

News Week həmçinin yazır: Yəmənlilər 11 yanvar hücumlarından sonra müdafiə əməliyyatları ilə müharibə qüdrətlərini nümayiş etdirdi.

Chatam House-un analitiki Farey Əl Müslimi isə ABŞ və İngiltərənin Yəmənə hücumlarının sırf simvolik və formal bir hücum olduğunu vurğulayır. Çünki onların hücum mövqeləri Yəmənin ən kiçik hərbi mövqeləridir.

Əl Müsliminin sözlərinə görə yəmənlilərin hərbi potensialı düşünülənlərdən qat-qat üstündür.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib