Netayahu: Məni dəvət etməsələr, heç kəs müzakirə etməsin

Benyamin Netanyahu nazirlərinə tapşırıq verib ki, rəsmi surətdə mən dəvət olunmadığım halda heç kəs amerikalılarla müzakirəyə girməsin.

Əl-Aləm telekanalının məlumatına əsasən, İsrailin baş naziri ABŞ-a dəvət olunmadığından narahatlığını gizlətməyərək nazirlərinin Ağ Evlə müzakirələrə meylli olduğunu anlayıb və deyib: Heç kəsin müzakirə haqqı yoxdur.

Deyilənlərə görə rejimin vergi nazirinin müzakirə məqsədi Netanyahunun qəzəbinə səbəb olub. O, Fələstinin Həvvarə məsələsinə görə Amerikaya çağırılıbmış. Amma Netanyahunun bu xəbərdarlığı onun bu iş üçün şəxsən seçdiyi Ran Dermerə aid deyil.

Bəzi mənbələr Netanyahunun Ağ Evə rəsmi dəvət olunmamasını “istisna sensasiya” adlandıraraq Netanyahunun narahatlığına haqq qazandırırlar.

Qeyd edək ki, sionist rejimin vergi naziri Həvvarənin yer üzündən silinməsi təklifi ilə beynəlxalq aləmdə böyük səs-küyə səbə olmuşdu və Vaşinqton onu dəvət etməsinə baxmayaraq, sonradan onun ABŞ-a gəlməsinə sanksiya qoymuşdu.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir