Netanyahuya qarşı ən böyük nümayiş Təl-Əvivdə keçirildi + video

Ötən gecə işğal olunmuş ərazilərin yarım milyondan çox sakini Təl-Əviv şəhərində etiraz aksiyası keçirərək Qəzzada müqavimətlə məhbus mübadiləsi sazişinin dərhal imzalanmasını tələb edib.

Qafqaztimes xəbər verir ki, Yediot Aharonot qəzeti minlərlə israillinin Təl-Əviv, Hayfa və Hayfa yaxınlığındakı Karkur kəsişməsi də daxil olmaqla müxtəlif bölgələrdə etiraz aksiyası keçirdiklərini və şüarlar səsləndirərək Netanyahunun kabinetindən Qəzzada müqavimət qrupları ilə məhbus mübadiləsi planını bir an əvvəl imzalamasını tələb etdiyini yazıb.

Bu qəzet yazıb ki, qarşıdakı saatlarda xüsusilə Təl-Əviv və ətraf ərazilərdə nümayişçilərin sayının artacağı gözlənilir.

Etirazçılar deyirlər ki, yarım milyondan çox israilli bu nümayişdə iştirak edib və HƏMAS ilə məhbus mübadiləsi planını imzalamağı tələb ediblər.

Ötən gecə Təl-Əvivdə Qəzzadakı israilli məhbusların ailələrinin nümayişləri keçirilib. Nümayişçilər işğal rejiminin bayrağına bükülmüş 27 boş tabut daşıyırdılar. Bu tabutlar yenicə öldürülənlərin simvoludur.

Sionist rejimin Radio və Televiziya Şurası onlarla əsir ailəsinin Təl-Əvivin Həbimə meydanında nümayiş keçirdiyini elan edib. Onlar rəmzi tabutları daşıyaraq, məhbus mübadiləsi müqaviləsinin tezliklə imzalanmasını tələb ediblər.

Nümayişçilər ötən həftə ölümləri elan edilən 6 israilli məhbusun ölümündə Netanyahunu günahlandırıblar.

Sionist rejimin Radio və Televiziya Şurasının son hesabatında bildirilir ki, indiyədək əsirlərin mübadiləsi müqaviləsinin imzalanması ilə bağlı heç bir xəbər yoxdur və belə bir müqavilənin imzalanması ehtimalı çox aşağıdır.


(Al-alam)



Related posts

Livandakı terror hadisəsinin qurbanları müalicə üçün İrana köçürülür – video

Hizbullah: İsrail törətdiyi cinayətin əvəzini ağır ödəyəcək

İsrail ordusunda afrikalılar