Netanyahunun vəzifədən uzaqlaşdırılmasını qadağan edən qanun dayandırılmalıdır

Sionist rejim Ali Məhkəməsinin 11 hakimi baş nazirin vəzifədən azad edilməsini qadağan edən qanunun nəzərdən keçirib, bu qanunun dayandırılmasının vacibliyini vurğulayıblar.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim Ali Məhkəməsi dünən (28 sentyabr) baş nazirin vəzifədən uzaqlaşdırılması şərtlərini qat-qat çətinləşdirən qanunla bağlı etirazları araşdırıb.

Reutersin məlumatına görə İsraildə son zamanlar cərəyan edən etirazlar daxili çaxnaşmaların çox dərinliyindən xəbər verir. Çünki siyasi qruplar və partiyalar konstitusiyada edilən dəyişikliklərə etiraz edir və baş nazirin vəzifədən uzaqlaşdırılması tələbini irəli sürürlər.

Ali Məhkəmənin 11 hakiminin fikrincə baş nazirin vəzifədən uzaqlaşdırılmasına qoyulan qadağa qanunu təxirə salınsın. Bu təxir isə ümumilikdə ləğv edilmə deməkdir.

Onların fikrincə ötən ilin dekabrında seçilərək hakimiyyətə dönən Netanyahunu heç bir qüvvə işdən uzaqlaşdıra bilməz. Bir şərtlə ki, açıq-aşkar cinayət işləməmiş olsun. Halbuki Netanyahu onun əleyhinə olan hər hansı bir cinayətin olmadığını iddia edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur