Netanyahunun oğlu mühakimə olundu

QafqazTimes xəbər verir ki, işğal olunmuş Fələstində Benyamin Netanyahunun sionist rejimin məhkəmə strukturunda dəyişiklik etmək cəhdi barədə xəbərlər yayıldığı bir vaxtda, məhkəmə onun oğlu haqqında hökm çıxarıb.

İşğal olunmuş Fələstindəki media mənbələri o cümlədən “Jerusalem Post” qəzeti bildirib ki, Yair Netanyahu böhtan atmaq maddəsi ilə məhkəmə tərəfindən keçmiş parlament üzvü Stav Şafirə 70 min şekel (sionist rejimin pul vahidi) ödəməyə məhkum edilib.

Stav Şafir 2021-ci ildə şikayət edərək, İsrail məhkəməsindən Netanyahunun oğluna iftira dolu xəbər dərc etdiyinə görə 143,603 şekel və cinsi təcavüzə görə isə 120,000 şekel təzminat ödəməsini tələb etmişdi.

Sionist rejimin baş nazirinin oğluna qarşı məhkəmə hökmü, Benyamin Netanyahunun son həftələrdə bu rejimin məhkəmə strukturunda geniş dəyişikliklər etmək üçün böyük səy göstərdiyi bir şəraitdə həyata keçirilib; Müxaliflərin dediyinə görə bu dəyişikliklər Netanyahunun korrupsiya işlərinə görə bu rejimin məhkəmələrindən qaçmaq cəhdinə yönəlib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya