Netanyahunun oğlu İsrail ordusunu tənqid etdi

İsrail rejimi baş nazirinin oğlunun ordu, məhmələri və mediaları tənqidindən sonra əlaqədar təşkilatlardan biri onun Amerikaya qaçdığı barədə bəyanat yayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yair Netanyahunun ordu, məhkəmə sistemi və mediaları tənqid mesajları mübahisələrə səbəb olub.

Məlumata görə Yair Netanyahu Telegram kanalında tənqindi mesaj yazaraq Qəzzə sərhədi barədə İsrail Ali Məhkəməsinin qərarları ucbatından müharibənin başladığını və Həmasın 7 oktyabr hücumuna zəmin yaratdığını iddia edib.

Yair digər bir mesajda 7 oktyabr hadisəsinə görə İsrail ordusunu təqsirləndirərək yazıb ki, ordunun yüksək rütbəli bir zabiti Həmasın xəbərdarlıqlarına laqeyd qalıb və o zabit bu xəbərdarlığı edəni məhkəməyə şikayət edəcəyi ilə təhdid edib.

Benyamin Netanyahunun “məhkəmə islahatı” layihəsinə etiraz məqsədi ilə ehtiyatda olan zabitlərin təşkil etdiyi İsrailin “Ordu qardaşları” təşkilatı da Yair Netanyahunun bu tənqidlərinə cavab verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur