Netanyahunun mühakimə vaxtı məlum oldu

Netanyahunun mühakimə vaxtı məlum oldu

İnformasiya qaynaqları sionist rejim baş nazirinin ötən ilin dekabrında korrupsiya ittihamı üzrə mühakimə zamanının bəlli olmasından xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, sionist rejim mediaları bu gün (9 iyul) İsrail məhkəməsinin Benyamin Netanyahu barədə mühakimə zamanının təyin edildiyindən söz açıblar.

Məlumata görə İsrail məhkəməsi Benyamin Netanyahunun məhkəmədə hazır olmasını və özünü müdafiə etməsini tələb edib.

Sionist rejim baş prokurorluğu Netanyahunun bu məhkəmə prosesinin gələn ilin mart ayına qədər təxirə salınması barədə petisiyasını qəbul etməyərək prosesin noyabr ayında keçirilməsi qərarını verib.

Məlumatda həmçinin deyilir: Netanyahunun korrupsiya məhkəməsi iyulun 9-u keçirilməli idi. Amma onun vəkili ölkədə müharibə şəraitini nəzərə alaraq prosesin mart ayına qədər təxirə salınmasını istəmişdi.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir