Netanyahunun məzhəkəli iddiası: Suriya ilə səmərəli münasibət strukturu istəyirik

Netanyahunun məzhəkəli iddiası: Suriya ilə səmərəli münasibət strukturu istəyirik

Sionist rejimin baş naziri Suriyanın gərgin vəziyyətindən faydalandığı, bu ölkəyə qoşun çəkərək işğala hazırlaşdığı bir zamanda bu ölkə ilə səmərəli strukturlu diplomatik əlaqələrin yaranmasını istədiyini iddia edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin  Netanyahu bu gün (10 dekabr) videomesajda sionist ordusunun Suriyaya hücumlarını əsaslandırmağa çalışaraq deyib: Son zamanlar Suriya terrorçuların hücumlarına məruz qaldığı üçün bir çox hərbi infrastrukturu məhv olub və yeni strukturlar qurmaq bu ölkə üçün vacibdir. Əlbəttə biz digər ölkələrin daxili siyasətlərinə qarışmaq istəmirik. Amma biz öz təhlükəsizliyimizi də qorumaq məcburiyyətindəyik. Elə bu səbəbdən də bu qüsurlu təchizatın terrorçuların əlinə düşməməsi üçün hava qüvvələrinə Suriya ordusundan qalan və sıradan çıxmış hərbi strukturları məhv edilməsi əmrini verdim.

Netanyahu sözünə qüvvət vermək üçün faşist müharibəsindən sitat gətirib.

Related posts

Haarets: İsrail Suriya hərbi təchizatının 80%-ni məhv edib

Netanyahu Suriyanı təhdid etdi

Həmas: Sionist rejimin Suriya hücumları region xalqlarına qarşı cinayətin davamıdır