Netanyahunun himayədarları sehrə əl atdılar

Qafqaztimes xarici KİV-ə istinadən xəbər veir ki, Netanyahunu dəstəkləyən bir sıra radikal sionist qruplar cümə günü Netanyahunun rəqibi Naftali Bennettin və Sionist rejimin gələcək baş nazirinin lənəti və ölümü üçün “Bolsa Dinura” mərasiminin keçirildiyini elan ediblər.

“Bolsa Dinura”, Yəhudi ravvinlərinin ölümünü arzuladığı bir insana qarşı nadir hallarda tətbiq etdikləri ayinlərə verilən addır. Belə ki, mərasim təşkilatçıları inanırlar ki, “Babil Təlmud”undan (Yəhudiliyin əsas kitablarından biri) müəyyən parçaları oxumaqla, qara sehr və ya dua mələklərin sözügedən şəxs üçün dua etməsinə mane olur və nəticədə bu, onun ölümünə səbəb olur.

Bu mərasim iyirminci əsrdən əvvəl etibarlı mənbələrdə qeyd edilməmişdir və əsasən son yüz ildə bəzi radikal sionistlər tərəfindən bir sıra siyasi xadimlərə qarşı həyata keçirilmişdir ki, buna 1992-1995-ci illərdə Sionist rejimin Baş Naziri İshaq Rabinə qarşı keçirilən Bolsa Dinura mərasimini misal gətirmək olar. Qeyd edək ki, fələstinlilərlə Oslo razılaşmasından qəzəblənən radikal sionistlər İsaak Robinə qarşı “Bolsa Dinura” lənəti oxumuşlar və o, bir aydan sonra bir ekstremist sionist tərəfindən qətlə yetirilmişdi.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır