Netanyahunun fələstinlilərə qarşı təzyiqləri şiddətlənir

Sionist rejim baş nazirinin fələstinlilərə qarşı təzyiqinin davamında fələstinlilər evlərinin uçurulmaq təhlükəsi altındadır.

İRNA-nın verdiyi məlumata görə “Kan” telekanalı elan edib: Netanyahu “Qəddum Vadisi” kəndində yaşayış binasının dağıdılaraq sökülməsinə qərar verilib və bu yaxın günlərdə həyata keçəcək.

Həmçinin sionist rejim məhkəməsi bazar günü şəhid Məhəmməd Əlcəəbərinin Əlxəlil şəhərində yerləşən mənzilinin uçurulması barədə hökm çıxarıb.

Bu istiqamətdə sionist rejimin baş naziri Benyamin Netanyahu Qəzzə zolağının yaxınlığındakı ərazidə yeni bir sionistsakinli qəsəbənin inşası ilə razılaşdığını elan edib.

Qeyd edək ki, sionist rejimin bu qərarları tikiliş tarixi 1938-ci ilədən əvvəl olduğu üçün “icazəsiz tikili” adıyla sökülür.

İsrail hakimiyyəti İordan çayının qərb sahili regionunda fələstinlilərə nadir hallarda tikinti icazəsi verir, əvəzində isə, ən kiçik bəhanələrlə fələstinlilərə aid evləri sökür.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir