Sionist rejimin baş naziri Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri Tsaxi Xaneqbi bildirib ki, İranın sərəncamında “minlərlə ballistik raket” mövcuddur.
Bu barədə “The Times of Israel” məlumat yayıb. Qeyd olunub ki, bu rəqəm əvvəllər güman ediləndən daha çoxdur.
“Bu, İran təhdidini uzunmüddətli perspektivdə sona çatdıra biləcək bir döyüş deyil,” – deyə Xaneqbi vurğulayıb.
Əvvəlki hərbi analitik qiymətləndirmələrə əsasən, İranın təxminən 1 500–2 000 raketə sahib olduğu güman edilirdi.