Netanyahunun atəşkəs üçün boyun əymədiyi 3 şərt

Livanın Əl Əxbar qəzeti Misir mediasına istinadən sionist rejim baş nazirinin 3 səbəbə görə Qəzzədə atəşkəsə razı olmadığından xəbər verib.

İRNA-nın məlumatına əsasən, Əl Əxbar bu gün (23 iyul) yazıb: QƏzzədə atəşkəsə mane olan 3 səbəb sionist ordusunun Filadelfiyadan (Misirlə Qəzzə zolağı arasında olan sərhəd bölgəsi) və Netsarimdən (Qəzzənin cənubunu şimalından ayıran bölgədən) geri çəkilməsi və fələstinli qaçqınların Qəzzənin şimalına dönüşü ilə eyni zamanda İsrail hərbçilərinin oradan tədricən çıxmasıdır.

Məlumata görə İsrail rejimi Həmasın bu 3 şərtinə qəti cavab verməyənə qədər hər hansı bir müzakirə mənasızdır və baş nazir Benyamin Netanyahu da bu 3 şərti qəbul etmədiyi üçün atəşkəs məsələsi sual altındadır.

Yadiut Aharanut qəzeti bugünkü (23 iyul) sayında Netanyahunun atəşkəs və girov mübadiləsində bu qədər bəhanələr gətirib razılaşmanı imzalmaması barədə yazıb: Ordu generalları və ŞABAK və MOSSAD kimi təhlükəsizlik orqanlarının bu xüsusda razılığa gəlməsinə rəğmən, baş nazir Netanyahu razılaşmanı imzalamaqdan imtina edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur