Netanyahu təhlükəsizlik iclaslarının yazılmasına qadağa qoydu

Netanyahu təhlükəsizlik iclaslarının yazılmasına qadağa qoydu

Sionist rejimin baş naziri təhlükəsizlik iclaslarında video-səs qeydiyyatının alınmaması üçün qadağa qoyub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik iclaslarının mövzusu barədə məlumatların sızdırılması qorxusundan NK iclaslarının məxfi formada keçirilməsi və hər hansı bir səs və videoların qeydə alınmasına qadağa qoyub.

Haarets qəzetinin verdiyi məlumata görə Netanyahu orduya təhlükəsizlik iclaslarının yeraltı Kerya məkanında keçirilməsi, hər hansı bir mobil və qeyd ala biləcək cihazın olmaması şərtilə keçirilməsi barədə fərman verib.

Qəzet yazır: Netanyahu təkcə bununla kifayətlənməyib. Hətta gələcəkdə özünün əleyhinə istifadə oluna biləcək sözlərindən hər hansı bir nigarançılıq keçirməmək üçün iclasda əvvəl üzvlərdə axtarış keçirilməsini də əmr edib.

Netanyahunun bu fərmanı sionist rejim NK nizamnaməsinə zidd olduğu bir halda verilib. Çünki nizamnaməyə əsasən, bütün iclasların yazılı protokollar, səsyazmaları və bəzən videogörüntülərin NK arxivinə verilməsi lazımdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur