Netanyahu Suriyanı təhdid etdi

Netanyahu Suriyanı təhdid etdi

Sionist rejimin baş naziri Bəşar Əsədin süqutundan sonra Suriyanın formalaşmaqda olan yeni rejimini təhdid edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu dünən axşam (10 dekabr) deyib ki, Suriyanın yeni formalaşan rejimi Hizbullaha yardım edərsə, İsrailin hücumuna məruz qalacaq.

Məlumata görə Netanyahu bu mesajı şəxsən Suriyanın yeni formalaşan rejiminə göndərərək deyib: İsrail Suriya ilə yeni əlaqələrə başlamaq istəyir. Amma yəhudi dövlətinə istənilən hər-hansı bir təhlükə yaranarsa, hücum etmək məcburiyyətində qalacaq.

Suriyanın gələcək dövlət rəsmilərinə xitab edən baş nazir vurğulayıb: İran bir daha Suriyaya gələrsə, yaxud bu ölkə istehsalı olan hər hansı bir silah Suriyaya daxil olarsa və yaxud bu ölkədən Livana ötürülərsə, bu silahlarla bizə hücum olunarsa, biz də qətiyyətlə cavab verəcək, sizə bu işin necə baha başa gələcəyini sübut edəcəyik.

Netanyahu xitabını bir az da şiddətləndirərək deyib: Bəşar Əsəd rejiminin başına gələnlər sizin üçün də keçərlidir. Bundan dərs alın.

Related posts

Haarets: İsrail Suriya hərbi təchizatının 80%-ni məhv edib

Netanyahunun məzhəkəli iddiası: Suriya ilə səmərəli münasibət strukturu istəyirik

Həmas: Sionist rejimin Suriya hücumları region xalqlarına qarşı cinayətin davamıdır