Netanyahu rüsvayçılığı: 2 girovun azadlığı üçün  2 milyon dollar pul verib

Sionist rejimin ötən həftə 2 girovunun azadlığı xəbərindən sonra Həmas liderlərindən biri Əl Cəzirə telekanalına bu barədə önəmli məlumatlar verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd Nəzzal bu xəbər barədə deyib: Sionistlərin medialarda yayımladığı “2 əsirin azadlığı” xəbərindəi 2 girov müqavimət tərəfindən əsir götürülməmişdi və onlar israillilərin mülki şəxsləri tərəfindən girov götürülən hərbçilər idi.

Məlumata görə bu 2 sionist hərbçi Əbu sərvər adlı bir tayfa tərəfindən əsir götürülmüş, İngiltərə vasitəçiliyi ilə baş tutan müzakirələrdən sonra hər biri üçün 1 milyon dollar qarşılığında azad edilmişdi.

Deyilənlərə görə Əbu Sərvər ailəsi 2 milyon dollardan əlavə, hərbçilərin partlatdığı və əsirlərin saxlandığı binanın da yenidən inşasının pulunu Netanyahudan alıblar.

Bununla belə, bu 2 əsirin azadlığı zamanı Xan Yunusda gərgin döyüşlər zamanı sionist ordusu çoxlu tələfat vermişdi.

Xatırladaq ki, Həmas sözçüsü Üsamə Həmdan da bazar günü bu iki girovun azad olunması xəbəri barədə detallı məlumatlar veriləcəyini demişdi.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir