Netanyahu Qəzzə müharibəsinin təzyiq məngənəsində

Qəzzə müharibəsi sionist rejim baş naziri Binyamin Netanyahunu xarici və daxili təzyiqlərlə yanaşı, işğğal olunmuş Fələstin daxilində də müxtəlif problemlərlə üzləşdirib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, 90-cı günə yaxınlaşan Qəzzə müharibəsi İsrail rejimini beynəlxalq təzyiqlərlə yanaşı fikir ayrılığı səbəbinə daxili münaqişələrə sürükləməkdən əlavə, heç bir nailiyyət və mənfəət də gətirmədiyi və sonaa çatma ehtimalı olmadığı üçün yorucu bir vəziyyətə salıb.

Məlumata görə Netanyahu kabineti Qəzzə müharibəsinin idarəetmə metodları barədə dünən axşama (28 dekabr) təyin olunmuş iclası da fikir ayrılığı səbəbinə ləğv olunnub.

Sionist rejimin radikal təhlükəsizlik naziri İtamar Ben Qvir müharibə mövzusunun müharibə kabinetinin səlahiyyətində olmadığını elan edib. Digər tərəfdənsə “dini sionizm” partiyasının sədri Bezalel Smotriç də daxili konfliktin araşdırılması üçün ayrıca bir iclasa ehtiyac olduğunu deyib.

Qeyd edək ki, Ben Qvir və smotriç sionist rejimin müharibə kabinetinin üzvləri deyil və onların səlahiyyəti sadəcə təhlükəsizlik kabinetinə çatır.

Related posts

İsrail ordusunun istefada olan generalı HƏMAS-ın dağıdıcı gücünü etiraf edir

İsrail ordusunun istefada olan generalı Həmasın dağıdıcı gücünü etiraf edir

İslami Cihad Hərəkatı sionistlərin Ofer həbsxanasına hücumuna reaksiya verdi

İslami Cihad Hərəkatı sionistlərin Ofer həbsxanasına hücumuna reaksiya verdi

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub

Qəzzə: Ötən 2 gün ərzində humanitar yardımların sadəcə 30%-i daxil olub